Rusiyadan Ukrayna ilə bağlı qərar | Moskvanın hansı planları var?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukrayna ilə müharibədə nəzarətə götürdüyü 4 yeni bölgəni və o cümlədən Krımı birləşdirərək Federal Dairə yaradacaq.
Bu barədə Zaporojye vilayətinin “rəhbəri” Yevgeni Balitski yerli mediaya açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə qondarma Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin, həmçinin Krımın daxil olacağı yeni dairənin yaradılması məsələsi baş tutacaq. Yeni inzibati vahidin mümkün adına gəldikdə isə Yevgeni Balitski bunun Novorossiya adlanacağını vurğulayıb.
Qeyd edək ki, Rusiya tərəfi hələlik yeni bölgələri rəsmi olaraq dairələrə birləşdirməyib.
Məlumat üçün bildirək ki, Krım və Sevastopol 2014-2016-cı illərdə Krım Federal Dairəsinin, daha sonra isə Cənub Federal Dairəsinin tərkibində olub.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
