Rusiyadan Ukraynaya nüvə silahının verilməsi ilə bağlı açıqlama | Nəticələr göz qabağındadır
“Amerika siyasətçiləri və jurnalistləri nüvə silahının Kiyevə ötürülməsinin nəticələrini ciddi şəkildə müzakirə edirlər. Deyəsən, bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq zərifcəsinə ölməyə qərar verən Cozef Bayden haqqında kədərli zarafatım qorxulu reallığa çevrilir”.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
“Nüvə silahlarını ən böyük nüvə gücü ilə müharibə edən bir ölkəyə ötürmək? İdeyanın özü o qədər absurddur ki, belə bir addımın məqsədəuyğunluğunu müzakirə edənlərin hamısında paranoid psixozun olması ilə bağlı şübhələr yaradır. Yenə də bu cəfəngiyyatı şərh etməliyəm.
Birincisi, nüvə silahının Kiyev rejiminə ötürülməsi təhlükəsinin özü Rusiya ilə nüvə münaqişəsinə hazırlıq sayıla bilər. İkincisi, bu cür silahların faktiki ötürülməsi nüvə silahına qarşı dövlət siyasətinin əsaslarının 19-cu bəndinə uyğun olaraq, ölkəmizə qarşı həyata keçirilən hücum aktına bərabər tutula bilər. Nəticələr göz qabağındadır”, – deyə D.Medvedev qeyd edib.
Məsələyə Kremlin sözçüsü Dmitri Peskov da münasibət bildirib.
“Nüvə silahının Kiyevə ötürülməsi ideyası son dərəcə ekstremist bəyanatdır”, – deyən D.Peskov qeyd edib ki, bunu ancaq reallığı zəif dərk edənlər deyə bilər. O belə təkliflərin anonim şəkildə edildiyinə diqqət çəkib.