Pleyeri seçin:
Rusiyadan Ukraynaya rekord sayda raket atılıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə təxminən 728 raket buraxıb.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Rusiya Ordusu Ukrayna ərazisinə 2022-ci il oktyabr ayında 210, noyabrda 190, dekabrda 235, 2023-cü ilin yanvar ayında isə 93 raket buraxıb.
Qeyd edilib ki, hesabat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik məlumatlarına əsasən hazırlanıb. Xatırladaq ki, Rusiya Ordusu Ukraynaya 2022-ci ilin payızından daha intensiv şəkildə raket hücumları həyata keçirir. Ötən ilin fevralın 24-dən davam edən müharibə nəticəsində hər iki tərəfdən itkilərin sayı durmadan artır, hərbi əməliyyat Ukraynada 500-ə yaxın uşağın ölümünə səbəb olub.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
