Rusiyalı turistlərin Avropaya səfərləri məhdudlaşdırılacaq? - Baku TV
Finlandiya Avropa Şurasına rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. Respublikanın Baş naziri Petteri Orpo Rusiya vətəndaşlarının Avropa ərazisinə turist qismində sərbəst buraxılmamalı olduğunu bildirib.
Bu barədə o, yerli telekanala verdiyi müsahibəsində bəyan edib.
"Gələn həftə Avropa Şurasının iclasında təqdim edəcəyim konret tədbirlərdən biri rusiyalılara turist vizalarının verilməsinin dayandırılmasıdır", – deyə Baş nazir qeyd edib.
Hökumət başçısının fikrincə, Rusiya Federasiyası vətəndaşları Avropa ərazisinə turist qismində sərbəst buraxılmamalıdır.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya müsahibəsində Rusiya vətəndaşları üçün hazırda Avropa ölkələrinə səfər etməyin təhlükəli olduğunu bildirib. O, bu şəkildə Monteneqroda "Rybar" "Telegram" kanalının administratoru Mixail Zvinçuk və onun komandasının saxlanılması ilə bağlı rusiyalılara tövsiyələr barədə xahişə cavabında deyib.
#Finlandiya teqi istifadə olunub
- Finlandiya Prezidentindən iddialı açıqlama
- Finlandiya və İsrail hansı hərbi məhsulları birlikdə hazırlamağı planlaşdırır? - Baku TV CANLI
- Finlandiya Rusiyanın internetini kəsir?
- Finlandiya stasionar telefon rabitəsini dayandırır
- Rusiya Finlandiya körfəzində əməliyyatlara başlaya bilər | NATO şəxsi heyət sayını artırır - Baku TV
