Pleyeri seçin:

Rusiyanın büdcə kəsiri inanılmaz səviyyəyə çatdı | Ölkə fəlakətlə üz-üzə

12 fevral 2025 528 baxış

Müharibənin xərcləri o qədər böyükdür ki, Rusiya büdcəsinin bu yükü çəkməsi üçün 2025-ci ildə büdcəni tarazlaşdıra biləcək qiymət səviyyəsi kimi 69,7 dollar müəyyən edilib. Yəni büdcənin təsdiqlənən xərcləri qarşılaması üçün satılan hər barel neft büdcəyə 6707 rublun daxil olmasını təmin etməlidir.

Bu məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb.

Onun sözlərinə görə, fevral ayı üzrə bu göstəricinin həmin həddən 12 faizə yaxın az olacağı gözlənlir: “Yanvar ayında “Urals” markalı neftin orta satış qiyməti 67 dollar ətrafında olmuşdu. Fevralın ilk 10 günü üzrə 61 dollar ətrafında olub. Bu vəziyyətə təkcə qiymətlərdə ucuzlaşmanın yox, Baydenin gedərayaq rus neftini daşıyan tankerlərə qarşı tətibiq elədiyi sanksiyaların ciddi təsir etdiyi bildirilir.

Əsas alıcıları ya sanksiyalara görə almaqdan yan qaçırlar, ya da daha yüksək endirimlər tələb edirlər. Ən böyük alıcı olan Çinin nəhəng neftayırma zavodları fevral ayı üzrə də alqı-satqı müqavilələrini imzalamaqdan yayınıblar. Büdcənin kəsiri və xərcləmələri isə görünməmiş həddə artır. Məsələn, bu ilin yanvar ayında xərclər ötən ilin eyni ayına nisbətən 73 faiz çox olmaqla 4,4 trilyon rubl təşkil edib. Büdcənin kəsiri indiyə qədər olmayan rekord səviyyəni görüb – 1,7 trilyon rubl. Bu, bütün il üzrə prqonozlaşdırılan məbləğdən (1,2 trilyon rubl) daha çoxdur.

Bu faktlar göstərir ki, neftin qiymətinin hətta 60 dollara düşməsi belə Rusiya üçün iqtisadi fəlakət olacaq. Çünki “Brent” markalı neftin 60 dollara olduğu şəraitdə “Urals” ən azı 6-8 dollar endirimlə satılır”.

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 528 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 528 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 528 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 528 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 528 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 528 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 528 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 528 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 528 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 528 baxış
Seçilmişlər
icon