Rusiyanın buna ehtiyacı var, amma... | Moskva çıxılmaz vəziyyətə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ yeni sanksiyalarla Rusiyanın silah potensialına ağır zərbə endirə bilər. Bunun üçün Rusiyanın müvafiq sənayesini mühüm materiallardan məhrum etmək kifayətdir.
“The Telegraph”da yayılan məlumata görə, söhbət tantaldan gedir.
Bu nadir mineral kondensatorların istehsalında istifadə edilir. Qanadlı raketlər, ballistik raketlər, PUA və tanklar, prosessor, naviqasiya sistemi, yaxud radioötürücülərlə təchiz olunur. Bu avadanlıqlar isə tantal kondensatorları ilə işləyir.
Rusiya tantalı Konqo, Braziliya, Çin, ABŞ və Avropadan idxal edir. Avropa və ABŞ Kremlə tantal ixracını məhdudlaşdırıb. Rusiyanın isə ayda təxminən 770 kiloqram tantala ehtiyacı var.
Yeni silah istehsalı üçün yaxın aylarda Rusiya zavodlarına 4,5 ton nadir mineral lazım olacaq.
Hazırda Qərbdən olan müttəfiqlər Rusiyanın tantal idxalını məhdudlaşdırmağı planlaşdırır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
