Pleyeri seçin:
Rusiyanın əsas zavodlarından biri vuruldu | Müharibədə gərginlik pik həddə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Lipetskdə yerləşən “Energiya” zavodu Ukraynanın dron hücumuna məruz qalıb.
Pilotsuz uçuş aparatının zavoda çırpılması nəticəsində yanğın qeydə alınıb.
Lipetsk qubernatoru İqor Artamonovun sözlərinə görə, zavodda ölən və xəsarət alan olmayıb. Lakin dronlardan birinin qalıqlarının fərdi yaşayış evinə düşməsi ölümə səbəb olub. Belə ki, 1954-cü il təvəllüdlü qadın həlak olub.
Qeyd edək ki, “Energiya” Rusiyanın elektrik enerjisi avadanlıqları istehsal edən ən böyük zavodudur. Burada dron akkumulyatorları da hazırlanır. Son 3 ayda Ukrayna Ordusu bu zavodu 2 dəfə atəşə tutub.
Kopyalandı
