Rusiyanın gizli planları nədir? | "NATO Kremlə qarşı hələ hazır deyil"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Belarusla birgə keçirdiyi "Qərb-2025" hərbi təlimləri Avropada ciddi narahatlıq yaradıb. Ekspertlər Vladimir Putinin bu manevrlərdən sonra bir neçə gizli ssenarini işə sala biləcəyini proqnozlaşdırırlar. Mümkün variantlar arasında qoşunların Belarusda saxlanılaraq Qərbə qarşı təhdid kimi istifadə edilməsi, Ukraynaya şimaldan yeni hücum və ya "Suvalki dəhlizi"nin ələ keçirilməsi əməliyyatı yer alır. Analitiklər NATO-nun bu cür genişmiqyaslı çağırışlara hələ tam hazır olmadığını, Polşa sərhədində baş verən dron insidentlərinin Alyansın müdafiə sistemindəki boşluqları üzə çıxardığını qeyd edirlər. Rusiyanın növbəti hərbi addımları və qlobal təhlükəsizlik riskləri barədə ən son analitik məlumatlar Baku TV-nin "Dünya" rubrikasında.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
