Rusiyanın Kiyevdə vurduğu obyektlər barədə müzakirə
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Lavrov Rusiya lideri Vladimir Putinin tapşırığı ilə Kiyevdə yerləşən və ordunun ehtiyacları üçün istifadə olunan obyektlərə, müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başlaması barədə məlumatı rəsmi şəkildə Amerika tərəfinə çatdırıb.
"Kiyevdə nümayəndəlikləri olan digər ölkələrlə yanaşı, ABŞ-yə də öz diplomatlarının və digər vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub", – bəyanatda deyilir.
Lavrov ABŞ-nin təklifi ilə 2025-ci ilin avqustunda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ali səviyyədə əldə olunmuş razılaşmaların aktuallığını xatırladıb.
Tərəflər həmçinin Hörmüz boğazındakı böhranın aradan qaldırılmasına dair diplomatik təşəbbüslər və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.
"Lavrov və Rubio məlum fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-nin bir-birinin ərazisindəki diplomatik missiyalarının iş şəraitinin normallaşdırılması üzrə səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər", – deyə bəyanatda qeyd olunur.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
