Rusiyanın məxfi hazırlığı | Ukraynalı hərbçilər gizli sənədləri ələ keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya hərbi komandanlığı Ukraynanın Kurska hücumunu gözləyirdi və bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb”.
Bu barədə “Quardian” Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən sənədlərinə istinadla məlumat verib.
“4 yanvar tarixli qeyddə Ukrayna Ordusunun dövlət sərhədini yarmaq imkanından bəhs edilib və istənilən hücumu dəf etmək üçün hazırlıqların gücləndirilməsi əmri verilib. Fevralın 19-da bölmə komandirlərinə Ukraynanın Sum vilayətindən Rusiya ərazisinə sürətlə hücum edərək, 4 günlük dəhliz yaratmaq üçün 80 km dərinliyə qədər irəliləmək planları barədə xəbərdarlıq edilib”, – məlumatda qeyd olunub.
Sənəddə martın ortalarında sərhəddəki bölmələrə Ukraynanın hücumuna hazırlıq məqsədilə müdafiə xətlərini gücləndirmək və əlavə təlimlər təşkil etmək əmri verildiyi də qeyd edilib:
“Artıq iyunun ortalarında Ukraynanın Sucanı ələ keçirmək məqsədilə Yunakovka-Suca istiqamətində planları ilə bağlı daha konkret xəbərdarlıq ortaya çıxdı. Bundan əlavə, Ukraynanın bölgədəki Rusiya təchizatı xətlərini pozmaq üçün Seym çayı üzərindəki körpünü dağıtmağa çalışacağı da proqnozlaşdırılırdı”.
İyunda qeyd olunan sənəddə isə bildirilib ki, cəbhədə yerləşən rus bölmələrinin yalnız 60-70%-i komplektləşdirilib və əsasən zəif hazırlıqlı ehtiyatda olan əsgərlərdən ibarətdir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
