Rusiyanın neft emalı zavodu vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Dövlət Sərhəd Xidmətinin qüvvələri Rusiyanın Tuapse şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Məlumata görə, burada neft emalı zavodu və neft terminalına zərbə endirilib.
Qeyd edək ki, müəssisədə ildə 12 milyon tona yaxın neft emal olunur.
Bu arada, Xorvatiya hökuməti PURL təşəbbüsü çərçivəsində Ukraynaya 14 milyon avro məbləğində ianəni təsdiqləyib. Bu barədə Xorvatiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Xorvatiya hökuməti "Ukraynanın prioritet ehtiyacları siyahısı"na 14 milyon avro məbləğində töhfəni təsdiqləyib və bununla da Ukraynaya öz qəti və dəyişməz dəstəyini bir daha vurğulayıb", – deyə açıqlamada qeyd olunub.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, 2025-ci ildə PURL çərçivəsində ianələrin ümumi məbləği 4,3 milyard dollar təşkil edib ki, bunun da təxminən 1,5 milyard dolları dekabr ayının payına düşüb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
