Rusiyanın paytaxtında dəhşətli anlar | Güclü partlayışın təfərrüatı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada “Balzi Rossi” restoranında baş verən partlayış zamanı burada Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çaykonun ad gününün qeyd edildiyi barədə məlumat yayılıb.
Rusiya mediasında dərc olunan bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bəzi mənbələrdə Çaykonun həmin vaxt restoranda olduğu ehtimal edilir.
Aleksandr Çayko 2022-ci ildə Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı olub və Ukraynaya qarşı müharibə zamanı “Şərq” qoşun qruplaşmasına rəhbərlik edib.
Avropa İttifaqının 2026-cı ildə qəbul etdiyi sanksiya qərarında Çayko Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanğıcında ölkə ərazisindəki ən yüksəkrütbəli rusiyalı hərbçilərdən biri kimi göstərilir.
Sənəddə Rusiya qoşunlarının Buçaya daxil olduğu dövrdə onun komandanlıq etdiyi və Buçada törədilən kütləvi cinayətlərin insanlıq əleyhinə və müharibə cinayətləri olduğu qeyd edilir.
Xatırladaq ki, Moskvanın Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Restoran həmin vaxt özəl tədbir üçün bağlanmışdı.
#Rusiya teqi istifadə olunub
- Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?
- Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV
- Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI
