Rusiyanın qiymətli daşları Ermənistana necə daşındı Paşinyan üçün məxfi almazlar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi cinayət sxemini üzə çıxarıb.
Məlum olub ki, “Alrosa” şirkətində hasil edilən Rusiya almazları qanunsuz olaraq Ermənistana, birbaşa deputat-oliqarx Xaçatur Sukiasyan üçün daşınıb.
"NEWS.ru" Rusiyadan almaz qaçaqmalçılığı ilə bağlı həqiqi fiqurun kim olduğu barədə geniş material hazırlayıb.
Qara keçmişə malik olan bu deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın köhnə dostu və onun "pul kisəsi" hesab olunur.
Məqalədə qeyd olunur ki, “Alrosa”dan oğurlanan qiymətli daşlar Ermənistana aparılıb və orada himayədarı, biznesmen və Milli Assambleyanın deputatı Xaçatur Sukiasyan olan “ADM Diamonds” şirkətinin müəssisələrində emal edilib.
"NEWS.ru"ya müsahibə verən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko bildirib ki, cinayətkarlar üçün almaz ticarəti yüksək gəlirli sahədir.
“Qeyri-qanuni kanallarla brilyantların oğurlanması və ya ucuz qiymətə alınması olduqca sərfəlidir. Ermənistanda təbii almazları emal edib üçüncü ölkələrə təkrar ixrac etmək və ya zərgərlik məmulatı kimi satmaq mümkündür. Daha sonra həmin məhsullar Avropa və ya ABŞ bazarlarında yenidən satışa çıxarıla bilər”, – o vurğulayıb.
Materialda vurğulanır ki, Paşinyana yaxın bir şəxsin cinayət əlaqələrinin ifşası əslində Moskvanın Ermənistan hakimiyyətinə verdiyi cavabdır. Belə ki, rusiyalı biznesmen Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunaraq iki aylıq həbs edilib. Ona qarşı cinayət işi açılıb. Bu hadisə Karapetyanın Erməni Apostol Kilsəsinə dəstəyini ifadə etməsindən sonra baş verib.
Eyni zamanda Baş nazir Paşinyan Karapetyana məxsus olan “Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi planlarını açıqlayıb. Bütün bu proseslər Kremlin narazılığına səbəb olub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
