Rusiyanın Ukraynadan qisası ağır oldu | Ən vacib zavodlar partladıldı!
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsində gərginlik pik həddə: Moskvadan ağır qisas zərbələri! Baku TV-nin xüsusi reportajında Rusiyanın Ukraynanın ən vacib hərbi-sənaye komplekslərinə və istehsalat zavodlarına endirdiyi sarsıdıcı zərbələr təhlil olunur. Məlumata görə, son 24 saat ərzində Ukraynanın raket, zirehli texnika və gəmiqayırma sənayesinin mərkəzi sayılan strateji müəssisələr hədəf alınıb. Partlayışlar nəticəsində bir neçə iri zavodun fəaliyyətinin tamamilə dayandığı və infrastrukturun ciddi zərər gördüyü bildirilir. Süjetdə bu hücumların Ukraynanın müdafiə qabiliyyətinə təsiri, cəbhədəki son vəziyyət və tərəflərin bir-birinə qarşı artan taktiki gedişləri araşdırılır. 21-ci əsrin ən amansız savaşı hesab edilən bu qarşıdurmanın iqtisadi və hərbi nəticələri Baku TV-nin "Dünya" buraxılışında.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
