Pleyeri seçin:

Rusiyanın Xəzərdəki enerji infrastrukturu hücuma məruz qaldı

16 dekabr 2025 294 baxış

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində üçüncü dəfə Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endirib.

Bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.

Bu dəfə "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları "Lukoil-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.

Qeyd edək ki, 11 və 12 dekabrda dronlarla Filanovski və Korçagin yataqlarındakı platformalara hücum edilib. Filanovski yatağı Rusiyanın və onun Xəzər dənizi sektorunun ən iri yataqlarından biridir, ehtiyatları 129 milyon ton neft və təxminən 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.

Dekabrın 12-də həmçinin Xəzər dənizində, Kalmıkiya sahilləri yaxınlığında iki Rusiya tankeri vurulub. Ukrayna tərəfinin məlumatına görə, hədəfə alınan gəmilər silah və hərbi texnika daşıyırdı.

Zərbə endirilən Rusiya gəmilərinin "Raxmaninov" və "Askar-Sarıdja" olduğu bildirilir. Qeyd olunur ki, hər iki tanker hərbi məqsədlər üçün istifadə olunur və İran–Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altındadır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 294 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 294 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 294 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 294 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 294 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 294 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 294 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 294 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 294 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 294 baxış
Seçilmişlər
icon