Dünya
Pleyeri seçin:

Ruslar daha erməni konyakı içməyəcəklər? | Ermənistan konyaklarının 90 %-i…

21 avqust 2024

Rusiya Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının araşdırmasından sonra məlum olub ki, ölkə mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90 faizi təhlükəlidir.

Məlum məsələdir ki, konyak Ermənistanın əsas ixrac məhsuludur və bu məhsulun Rusiyaya ixracına qırmızı işıq yandırılması Ermənistanın xarici gəlirlərində ciddi kəsrlərə səbəb olacaq. Əslində isə məlum qərar İrəvanın qərbyönümlü siyasətinə cavab olaraq Moskvanın qeyri-rəsmi iqtisadi embarqosu sayılır.

Xatırladaq ki, hər dəfə İrəvanla münasibətlər kəskinləşəndə qeyri-müəyyən səbəblərdən Ermənistandan Rusiyaya yük daşıyan avtomobillərin üzünə Lars sərhəd-keçid məntəqəsinin qapıları da bağlanır. Bütün bunların təsadüf olmadığını isə siyasətlə maraqlananlar çox yaxşı bilirlər. Bəs bu qeyri-rəsmi embarqolar geniş miqyas alarsa, məhdudiyyətlər Ermənistanın digər məhsullarına qarşı da yönəlsə, Ermənistanı nə gözləyir?

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ikinci rübündə ölkənin ÜDM-i 6,4%-ə qədər azalsa da, Rusiya ilə ticarət artıb. Deməli, Rusiyada Ermənistan məhsulları ilə bağlı verilən hər hansı qərar, ölkəyə ciddi təsir edəcək. Bəs, Rusiya ilə Ermənistanın iqtisadi münasibətlərində sual yaradan məsələlərin həlli üçün siyasi fəaliyyətlər nəticə verəcəkmi?

Məsələn, bir müddət öncə Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan sabiq deputat Qurgen Arsenyan ölkənin Rusiyadakı yeni səfiri təyin edilib.

“Ayrı-ayrı diplomatlar, Rusiyanın ictimai-siyasi xadimləri, Rusiyada yaşayan diaspora Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün bəyanatlar səsləndirilməsinə baxmayaraq, Ermənistanın siyasi elitası açıq şəkildə qərbyönlüdür. Aşağı nöqtəsindən tutmuş yuxarı nöqtəsinə kimi siyasi elita sorosçular tərəfindən idarə olunur.

Bu baxımdan hansısa ictimai-siyasi xadimin və ya diplomatın mövqe bildirməsi Nikol Paşinyanın apardığı siyasi kursa təsir etməyəcək. Bu həm siyasi, həm iqtisadi sahədədir”, – deyə Azad Məsiyev qeyd edib.

Gürcü müxalifətini özündən çıxaran səbəb | Detallar açıqlandı

Gürcü müxalifətini özündən çıxaran səbəb | Detallar açıqlandı

Dünya
21 avqust 2024
Qərb Kiyevin hansı hərəkətini bəyənir? | Zaxarova Ukrayna ilə bağlı od püskürdü

Qərb Kiyevin hansı hərəkətini bəyənir? | Zaxarova Ukrayna ilə bağlı od püskürdü

Dünya
21 avqust 2024
Robotların etdikləri görənləri mat qoydu | Çində Dünya Robot Konfransı

Robotların etdikləri görənləri mat qoydu | Çində Dünya Robot Konfransı

Dünya
21 avqust 2024
Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə hücum etdi | Etirazın əsas səbəbi

Ermənilər Belarusun İrəvandakı səfirliyinə yumurta ilə hücum etdi | Etirazın əsas səbəbi

Dünya
21 avqust 2024
Bu xəstəliyə yoluxanlar artdı | Həkimlər həyəcan təbili çaldı

Bu xəstəliyə yoluxanlar artdı | Həkimlər həyəcan təbili çaldı

Dünya
21 avqust 2024
Bayden orduya nüvə təlimatı ilə bağlı tapşırıq verdi | Plan təsdiq edildi

Bayden orduya nüvə təlimatı ilə bağlı tapşırıq verdi | Plan təsdiq edildi

Dünya
21 avqust 2024
İsrailin buna razı olmaması müharibəni başlatdı | Əsl səbəblər bilindi

İsrailin buna razı olmaması müharibəni başlatdı | Əsl səbəblər bilindi

Dünya
21 avqust 2024
Türkiyəli təsərrüfatçılar fındıqçılığın sirlərindən danışdı | Baku TV Giresunda

Türkiyəli təsərrüfatçılar fındıqçılığın sirlərindən danışdı | Baku TV Giresunda

Dünya
21 avqust 2024
Ukrayna çox itki verəcək! - Medvedev Rusiyanın planlarını açıqladı

Ukrayna çox itki verəcək! - Medvedev Rusiyanın planlarını açıqladı

Dünya
21 avqust 2024
Qəzzada ölənlərlə bağlı dəhşətli statistika | Müharibədə son vəziyyət

Qəzzada ölənlərlə bağlı dəhşətli statistika | Müharibədə son vəziyyət

Dünya
21 avqust 2024
Seçilmişlər
icon