Rusların qorxutmaqlarını çox görmüşük | Zelenskidən Putinə sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən çox istərdim ki, Prezident Tramp Putinin nə istədiyini eşitsin və görsün. Putin Zaporojye, Xarkov və Sum istiqamətlərində irəliləmək niyyətindədir. Nəyə görə? Ukraynaya maksimum təzyiq göstərmək və sonra ultimatumlar vermək üçün”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri Vladimir Putinin səfərbərlik və silahlanma haqqında dediklərinin arxasında Ukrayna ordusunun zəifləməsi məqsədinin dayandığını vurğulayıb.
“İlk addım qeyd-şərtsiz atəşkəsdir. Bu savaşın dayandırılması ilə bağlı hər iki ölkənin siyasi iradəsidir. Əlavə söz və hədə lazım deyil. Biz rusların qorxutmaqlarını çox görmüşük. Heç kimin xətrinə dəymək istəmirəm, amma Puitinin menyusunda olmağımızı da istəmirəm. Onun iştahına baxmayaraq, biz bu insan üçün salat, kompot deyilik. Bu səbəbdən bizim haqqımızda biz olmadan razılaşmaq lazım deyil.
Çünki bu metod yaxşı nəticə verməyəcək”, ‒ o bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
