Rusofobiya heç vaxt erməni cəmiyyətində sosial əsas tapmayıb | Qevorq Paqosyan
Yeniliklərdən dərhal xəbərdar olun
Sosioloq və Avrasiya Ekspertlər Klubunun üzvü Qevorq Poqosyan "Müasir Rusiya-Ermənistan münasibətlərinin siyasi-iqtisadi aspektləri" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək, iki ölkənin münasibətlərinin dərin böhran mərhələsini yaşadığını bildirib. Lakin Poqosyan vurğulayıb ki, Rusiyaya qarşı nifrət (rusofobiya) erməni cəmiyyətində heç vaxt sosial əsas tapa bilməyib. Onun iddiasına görə, əhalinin əksəriyyəti, xüsusilə də yaşlı nəsil, hökumətin Rusiyadan uzaqlaşıb Avropaya inteqrasiya kursunu qəbul etmir. Erməni ictimaiyyəti ölkənin dayanıqlı inkişafını MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı kimi strukturlarda görür. Poqosyan vəziyyəti 2026-cı ildə keçiriləcək parlament seçkilərinin daha da mürəkkəbləşdirəcəyini proqnozlaşdırıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
