Saakaşvilidən zəhərlənmə faktı ilə bağlı müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozevə onun zəhərlənməsini araşdırmaq xahişi ilə müraciət edib.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. Keçmiş dövlət başçısı bildirib ki, ABŞ-dəki laboratoriya və tanınmış Nyu-York toksikoloqu zəhərlənmə faktını sübut edib. Siyasətçi həmçinin Gürcüstanın Rusiya ilə şübhəli əlaqələrinin araşdırılmasını istəyib.
Bundan əvvəl Saakaşvilinin həkimləri Gürcüstanın keçmiş prezidentinin sağalmasının demək olar ki, mümkün olmadığını bildiriblər. Onların sözlərinə görə, son vaxtlar Saakaşvili 42 kq arıqlayıb. Hazırkı müalicə səmərəsizdir və Saakaşvilinin vəziyyətini daha da ağırlaşdırır. Keçmiş prezidentin səhhəti yaxşılaşmasa, o, cəmi bir neçə ay yaşaya bilər.
#Mixeil Saakaşvili teqi istifadə olunub
- Gürcüstana müharibə xəbərdarlığı edildi? | “Ölkəni böyük sınaq gözləyir”
- “İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili
- Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?
- Saakaşvilinin partiyası ləğv olunacaq?
- Gürcüstanda ciddi müzakirələr | Yeni siyasi kurs formalaşır
