Pleyeri seçin:

Sabiq ABŞ prezidentlərini birləşdirən səbəb | Qızların qaçırıldığı ada

08 yanvar 2024 564 baxış

Cinsi istismar iddiaları ilə gündəmə gələn və adı mətbuatda tez-tez hallanan Epşteyn adası yenidən maraq mövzusuna çevrilib.

Ada ətrafında cərəyan edən hadisələr yenidən gündəmə gəlib.

Ümumiyyətlə, Epşteyn adası kimindir? Bir sıra məşhurların, o cümlədən Amerika Birləşmiş Ştatlarının sabiq prezidentlərinin belə adı hallandığı adada, əslində, nə baş verib? Bu quru sahəsinin mövcudluğu niyə 20 ildən çoxdur gizli saxlanılıb? Özünü elit hesab edənlər sözügedən adaya niyə bu qədər maraq göstəriblər?

Epşteyn adası mərhum milyarder Cefri Epşteynə məxsus özəl adadır. O, 75 hektar ərazisi olan bu quru sahəni 25 il öncə 8 milyon dollara satın alıb. Elə dəhşət də bundan sonra başlayıb.

Ada çox keçmir ki, qeyri-etik fəaliyyətlərə səhnə olur. Bu adada azyaşlılar cinsi istismara, təcavüza məruz qalır. Bu kimi faktlar da 2008-ci ildə Cefri Epşteynin ilk dəfə həbs olunmasına səbəb olur.

Biznesmenə qarşı 53 səhifəlik ittihamnamə hazırlanır. Ona qarşı dəlillər tapılsa da, iş adamının 36 azyaşlı qız tərəfindən masaj edilməsi görüntüləri üzə çıxarılsa da, onun məhkumluğu uzun çəkmir.

Çox keçmədən o, şikayətçi olan azyaşlıların ailə üzvləri ilə barışıq imzalayaraq azadlığa çıxır. Ən ürəkbulandıran məqam isə ondan ibarət idi ki, Epşteyn özü mütəmadi olaraq 12 və 14 yaşlı qızlara təcavüz etdiyini etiraf edir.

Onun ikinci həbsi isə 11 ildən sonra, 2019-cu ilin iyulun 6-da eyni maddələrlə reallaşıb. İttihamnamədə cinsi zorakılıq, azyaşlıların cinsi istismarı ilə yanaşı, bu dəfə siyahıda Epşteyn adasının mövcudluğu və uşaq oğurluqları da yer alıb. Araşdırmalarla gizli məqamlar aşkara çıxarılıb, bu cinayətlərin onun şəxsi adasında törədildiyi məlum olub.

Banner
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 564 baxış
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 564 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 564 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 564 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 564 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 564 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 564 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 564 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 564 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 564 baxış
Seçilmişlər
icon