Pleyeri seçin:

Sammit başlamamış qalmaqal başladı | Ukraynaya dəstək və bu mövzularla bağlı...

12 iyun 2025 661 baxış

G7 ölkələrinin liderlərinin gələn həftə Kanadada keçiriləcək sammitində ABŞ və digər üzvlər arasında, o cümlədən Ukraynadakı müharibə, iqlim siyasəti və sosial məsələlərlə bağlı dərin fikir ayrılıqlarını əks etdirən birgə yekun Bəyannamə ilə bağlı konsensusa gəlmələri gözlənilmir.

“Bloomberg” xəbər verir ki, ABŞ və tərəfdaşlar arasında fikir ayrılıqları dərinləşir. Ona görə də G7 sammitində ənənəvi yekun vahid sənəd əvəzinə konkret mövzular üzrə bir neçə birgə bəyanat gözlənilir. G7 ölkələri ABŞ-nin yeni lideri ilə hər hansı gərginlik və mübahisədən qaçmaq üçün belə bir razılığa gəliblər.

Qeyd edək ki, 2018-ci ildə G7-nin sammitində imzalanan yekun bəyannamədən qısa zaman sonra ABŞ-nin ozamankı prezidenti Donald Tramp birgə bəyannamədən imtina edib.

İndi də G7-lər belə bir vəziyyətlə qarşılaşmamaq üçün birgə yekun sənəd imzalamayacaqlar. Çünki keçənilki 36 səhifəlik bəyannamədə Ukraynaya dəstək, iqlim dəyişikliyi ilə mübarizə və gender bərabərliyinin inkişafı ilə bağlı bəyanatlar yer alırdı. Lakin D.Tramp Administrasiyası ABŞ-nin siyasətini dəyişdirərək, bu prinsiplərdən imtina edərək özünün təcridçi mövqeyinə nail olub.

Hazırkı sammitdə G7 liderləri digər məsələlərlə yanaşı, süni intellekt, enerji təhlükəsizliyi, meşə yanğınları, Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edəcəklər.

Kanadada keçiriləcək sammitə Hindistan, Braziliya, Meksika və digər ölkələrin liderləri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski də qatılacaq.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 661 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 661 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 661 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 661 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 661 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 661 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 661 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 661 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 661 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 661 baxış
Seçilmişlər
icon