“Ermənistan Aİ və AİB arasında təcili seçim etməlidir, yoxsa...” | Sergey Lavrov
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyi (AİB) arasında təcili seçim etməlidir, bu artıq aktual məsələdir”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
“Ermənistan Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və hökumət üzvlərinin Ermənistanın üzvlüyü məsələsinin ən qısa müddətdə həll edilməli olduğu barədə sözlərini xatırladıb:
“Erməni xalqının seçiminə hörmət edirik. Amma bu seçimin də nə olduğunu bilmək istəyirik. Əks halda, Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul edən Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması mümkün olmayacaq. Çünki bu iki birliyin normaları bir-birini istisna edir”.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrana səfər planlayan vətəndaşlara Moskvadan çağırış - Baku TV
- İrana səfər planlayan Rusiya vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
