Seçkilərin ikinci turu | Sandu və Stoyanoğlu arasında gərgin mübarizə
Yeniliklərdən dərhal xəbərdar olun
Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparıb.
“Rusiyanın adamı” namizəd kimi tanınan Aleksandr Stoyanoğlu 3 iyun 1967-ci ildə anadan olub, etnik qaqauzdur, Moldova və Rumıniya vətəndaşlığı var. A.Stoyanoğlu rumın, rus, qaqauz və türk dillərində danışır. 1992-ci ildə hüquq fakültəsini bitirib və Qaqauz elində prokuror işləyib.
O, 2009-2014-cü illərdə Moldova parlamentinin üzvü olub, 2019-cu ildə isə Moldovanın Baş prokuroru təyin edilib. 2020-ci ildə Maya Sandu onu vəzifəsindən kənarlaşdırıb.
5 oktyabr 2021-ci ildə A.Stoyanoğlu korrupsiya ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi A.Stoyanoğlunun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. 2024-cü ilin fevralında Kişinyov məhkəməsi ona bəraət qərarı çıxarıb.
O, 2024-cü il Moldova prezident seçkilərinə Sosialistlər Partiyasının dəstəyi ilə qatılıb. Oktyabrın 20-də keçirilən seçkilərdə qalib müəyyən edilmədiyindən 3 noyabrda prezident seçkilərinin ikinci turu keçirilib. İlkin nəticələrə görə, seçkilərin ikinci turunun qalibi hazırkı Prezident Maya Sandu olub.
#Moldova teqi istifadə olunub
- Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- "Öz səslərini mənə etibar etdilər" | Şərqi Avropanın azərbaycanlı meri - Baku TV
- ”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV
- “Hamıya yazığım gəlir...” | Moldovanlardan Rumıniyaya birləşmək təkliflərinə reaksiya - Baku TV
