Səmaya 20 metr hündürlüyündə rəngarəng sənət əsərləri qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qvatemalada nəhəng çərpələng festivalı keçirilib.
İncəsənət və mənəvi dəyərləri bir araya gətirən tədbir "Ölülər Günü" münasibətilə təşkil olunub.
Paytaxt Qvatemala şəhərindən təxminən 32 kilometr qərbdə yerləşən Santyaqo Sakatepekes şəhərinin qəbiristanlığında keçirilən 127-ci festivalda yerli sakinlər və turistlər iştirak ediblər. Onlar əsrlərdən bəri qorunub saxlanılan bu ənənənin nümunələri ilə tanış olublar.
Bambuk, kağız və parçadan əl işi ilə hazırlanan rəngarəng çərpələnglər burada "barrilete" adlanır. İnanclara görə, onların göyə qaldırılması yerlə səma arasında mənəvi bağ yaradır və dünyasını dəyişən yaxınlarla əlaqə vasitəsi hesab olunur.
Festivalda iştirak edən onlarla qrupun hazırladığı bu çərpələnglərin hündürlüyü 20 metrə çatır. Onların hazırlanmasına isə bəzən 9 ay vaxt sərf olunur.
#Qvatemala teqi istifadə olunub
