Sənəddə səlahiyyətlərə nəzarət mexanizmi də gücləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Hökuməti ölkənin Federal Kəşfiyyat Xidməti və Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslı şəkildə yenilənməsini nəzərdə tutan layihəni təsdiqləyib.
Sənəd hökumətin kəşfiyyat xidmətlərini artan casusluq, sabotaj və kiberhücumlara qarşı daha çevik və operativ etmək məqsədini əks etdirir. İslahat çərçivəsində xüsusi xidmət orqanlarının texniki kəşfiyyat, süni intellekt və biometrik məlumatların təhlili imkanları genişləndirilir.
Federal Kəşfiyyat Xidmətinə kiberhücumların və xarici təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı aktiv tədbirlər görmək, o cümlədən düşmən informasiya texnologiyaları sistemlərinə müdaxilə etmək səlahiyyəti verilir. Müəyyən təhlükələr zamanı xüsusi xidmət orqanlarına haker qruplarının serverlərini sıradan çıxarmaq və pilotsuz uçuş aparatları istehsalına mane olmaq kimi aktiv tədbirlər görmək səlahiyyətinin də verilməsi nəzərdə tutulur.
Almaniya Kansleri Fridrix Merts bildirib ki, təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əlaqədar kəşfiyyat xidmətləri təhdidləri daha erkən aşkar etməli və zərurət yarandıqda Almaniyanı daha yaxşı qorumaq üçün daha fəal tədbirlər görməlidir.
“Biz onların imkanlarını aydın konstitusion çərçivələr və güclü nəzarət mexanizmləri ilə möhkəmləndiririk”, – deyə Kansler “X” səhifəsindəki paylaşımında bildirib.
Daxili işlər naziri Aleksander Dobrindt də qeyd edib ki, diversiya, casusluq, kiberhücumlar və xarici dövlətlərin gizli əməliyyatları yeni adekvat addımlar tələb edir.
Yeni islahat dövlət terrorizmi və ekstremist zorakılığa qarşı mübarizədə təhlükəsizlik strukturunu daha da gücləndirəcək.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
