Sensasiya: Venesuela hədəfə alındı | Yüzlərlə raket işə salındı! - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilib.
“Reuters” yazır ki, şəhərdə azı 6 partlayış qeydə alınıb. Karakasın böyük hərbi baza yaxınlığında yerləşən cənub rayonu işıqsız qalıb.
Hücumların hədəfləri neft emalı zavodları və hərbi obyektlər olub. Yerli media yazır ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtı hədəf alıb.
"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb. Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronu vəzifədən getməyə məcbur etmək cəhdləri çərçivəsində Venesuelada quru əməliyyatları aparılacağına dair dəfələrlə xəbərdarlıq edib. Bu cəhdlərə genişləndirilmiş sanksiyalar, bölgədə ABŞ hərbi mövcudluğunun artırılması, həmçinin Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmilərə qarşı 20-dən çox zərbə daxildir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
