SEPAH ABŞ-nin itkiləri ilə bağlı açıqlama verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin dünya xəbərləri bölməsində SEPAH-ın son hərbi bəyanatı təhlil olunur. Hesabatda bildirilir ki, "Həqiqi vəd 4" əməliyyatı çərçivəsində ABŞ-ın regiondakı 27-dən çox hərbi bazasına, o cümlədən Küveyt, Bəhreyn və BƏƏ-dəki strateji obyektlərə endirilən ballistik raket və PUA zərbələri nəticəsində 560-a yaxın ABŞ hərbçisi həlak olub və ya yaralanıb. SEPAH həmçinin Fars körfəzində ABŞ və Britaniya ilə əlaqəli 3 tankerin vurulduğunu iddia edir. Lakin Donald Tramp administrasiyası və CENTCOM bu rəqəmləri təkzib edərək, cəmi 3 hərbçinin həlak olduğunu, 5-nin isə ağır yaralandığını bildirib. Süjetdə tərəflərin informasiya müharibəsi, vurulan hədəflərin coğrafiyası və müharibənin gedişatına təsir edən kəşfiyyat məlumatları geniş yer alıb.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
