Sergey Lavrov ABŞ-dəki prezident seçkilərini dəyərləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya onunla dialoqa girmək istəyən istənilən seçilmiş ABŞ lideri ilə işləyəcək”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının iclasında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya Prezidenti Vladimir Putin bunu bir neçə dəfə söyləyib. Biz xalq tərəfindən seçilən və bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən ABŞ lideri ilə işləməyə hazırıq”, – deyə S.Lavrov bildirib.
O xatırladıb ki, Moskva ilə Vaşinqton arasında sanksiya müharibəsi ABŞ prezidenti Barak Obamanın dövründə başlayıb:
“Növbəti lider Donald Trampın dövründə daha çox iqtisadi və diplomatik məhdudiyyətlər var idi, lakin məhdudiyyətlərin tətbiqi ilə paralel olaraq Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə dialoq da olub”.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
