Pleyeri seçin:

Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

03 may 2024 397 baxış

Son günlər Gürcüstan paytaxtında baş verən hadisələr ətrafında müzakirələr səngimək bilmir.

“Xarici agentlər haqqında” qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasından sonra yaranan etirazlara hətta Prezidentdən belə dəstək gəlib. Ancaq hakim partiya həmin layihənin təsdiqində israrlıdır.

Hökumətlə müxalifət arasında böyüyən fikir ayrılığı isə belə bir sualı ortaya çıxarır. Əslində, Tbilisi hansı istiqamətə doğru addım atmaq niyyətindədir? Qərbə, yoxsa Rusiyaya?

Minlərlə insanı parlament binası önündə aksiyalara çəkən də məhz bu sualdır. Ölkədə baş verən son hadisələri yalnız hansısa bir qanuna görə yaranan narazılıq kimi təqdim etmək doğru olmazdı. Çünki aksiyaların daha dərin alt qatları var. Burada söhbət daha çox Gürcüstanın strateji seçimindən gedir.

Rusiyalı politoloq Sergey Markov Baku TV-yə açıqlamasında bildirib ki, gürcülərin əksəriyyəti 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən və birincinin qalib olduğu, daha çox beşgünlük müharibə kimi yadda qalan hadisələri unutmayıb:

“Eyni zamanda Ukraynanın bugünkü vəziyyətini gözdən keçirən heç bir ölkə Rusiya ilə birbaşa münaqişəyə girmək istəməz. Əksəriyyət Gürcüstanın neytral mövqe tutmasını istəyir.

İndiki məqamda Qərb istəyir ki, Gürcüstan hökuməti anti-Moskva sanksiyalarına qoşulsun, daha radikal variantda isə Rusiya ilə müharibənin ikinci cəbhəsini açsın. Yəni Abxaziya və Cənubi Osetiyada hərbi əməliyyatlara başlanılsın. Qərbin dəstəklədiyi, sərt anti-Rusiya mövqeyi tutan bir sıra siyasi qüvvələr var. Bu qüvvələr xaricdən maliyyələşdirilir.

Hökumət xarici agentlər haqqında qanunu qəbul etməklə hakimiyyəti əlində saxlamağa çalışır. Xarici agentlərlə bağlı Gürcüstan qanunu Amerika qanunlarının 95% surətidir. Təbii ki, o, bir az da Rusiya qanununu təkrarlayır, çünki Rusiya qanunu da əslində, Amerika variantından bəhrələnib.

Qərb müxalifətin bu qanun layihəsinə qarşı keçirdiyi kütləvi etirazları dəstəkləyir. Hökumət indi çox gözəl başa düşür ki, güzəştə getsə, böyük ehtimalla hakimiyyəti əldən verəcək. Buna görə də sona qədər öz mövqeyində qalacaq”.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 397 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 397 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 397 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 397 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 397 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 397 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 397 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 397 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 397 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 397 baxış
Seçilmişlər
icon