Sərgidən oğurlanan tablonu qalereya geri götürmədi | Səbəb nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur kanadalı rəssam Jean-Paul Riopelə məxsus və dəyəri 50 min dollar olan sənət əsəri dörd ildən sonra gözlənilməz şəkildə tapılıb.
Oğurlanmış rəsm əsəri ABŞ-də bir zibillikdə aşkarlanıb.
Oğurluq hadisəsi 2021-ci ilin dekabrında baş verib. Riopelin “Adsız, Akvarel və Kağız üzərində Mürəkkəb” adlı əsəri sərgi salonundan oğurlanan beş əsərdən biri olub. Bu müddət ərzində onun harada olduğu məlum deyildi.
Tablo təsadüfən Nyu-Yorkda bir şəxsin hərraca çıxarmağa cəhd etməsi zamanı aşkar edilib. O bildirib ki, əsəri təxminən dörd il əvvəl zibillikdə tapıb və əsərin dəyərindən xəbərsiz halda evində saxlayıb.
Rəsmin müəllifi və əsl mənşəyi məlum olduqdan sonra kişi onu qanuni sahiblərinə geri qaytarmağa razı olub. Ancaq maraqlı məqam odur ki, əsərin oğurlandığı qalereya onu geri almaqdan imtina edib. Səbəb isə sığorta şirkətindən artıq təzminat almasıdır. Çünki əgər rəsmi geri qaytarsaydılar, həmin məbləği geri ödəməli olacaqdılar.
Bundan əlavə, əsərin bazar dəyərinin oğurluqdan sonra azalma ehtimalı da qalereya üçün maliyyə baxımından əlverişsiz hesab olunub.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
