Pleyeri seçin:

Şəriət ölkəsi BƏƏ qumarxanaları qanuniləşdirməyə hazırlaşır

04 sentyabr 2023 319 baxış

Şəriətlə idarə olunan Birləşmiş Ərəb Əmirlikləri qumarxanaları leqallaşdırmaqla Fars körfəzi bölgəsində yeni məkanlar açmağa hazırlaşır.

Bu qərarla ölkə turizm sektorunu canlandırmaq və mühüm gəlir mənbəyi əldə etməyi hədəfləyir.

Xarici media xəbər verir ki, Birləşmiş Əmirliklər qumar sənayesini tənzimləmək üçün federal struktur yaradıb və ölkənin kazinoları leqallaşdıran ilk körfəz ölkəsi olmasına yol açıb.

Dövlət mediasının verdiyi məlumata görə, lotereya və kommersiya oyun sənayesi üçün "tənzimləyici baza" yaratmaq üçün yeni orqan yaradılır.

Keçən ay ABŞ-nin kazino və hotel operatoru “Wynn Resorts” Birləşmiş Əmirliklərdə 3,9 milyard dollarlıq oyun obyekti tikəcəyini və tezliklə lisenziya alacağını gözlədiyini söyləyib.

Yerli media bildirib ki, Amerika hotelçilik və əyləncə şirkəti “MGM Resorts International”ın keçmiş baş direktoru Cim Murren tənzimləyici şuraya rəhbərlik edəcək. Oyun sənayesində təxminən otuz illik təcrübəyə malik olan Kevin Mullalli tənzimləyici fəaliyyətləri koordinasiya edəcək və milli səviyyədə lisenziyalaşdırmaya nəzarət edəcək, yeni agentliyin baş icraçı direktoru olacaq.

Şəriət qanunları ilə idarə olunan ölkədə qumar oynamağa icazə verilməsi əhəmiyyətli dəyişiklik olacaq. Hazırda ölkədə qadağan edilən qumar oyunları cərimə və ya iki ilə qədər həbslə cəzalandırılır. Ölkə həm də turizm baxımından Fars körfəzindəki rəqibləri ilə rəqabət aparmağa çalışır.

ABŞ ilə güclü əlaqələrin Avropa üçün vacibliyi vurğulanır, enerji xərcləri gündəmdədir

ABŞ ilə güclü əlaqələrin Avropa üçün vacibliyi vurğulanır, enerji xərcləri gündəmdədir

Dünya
30 sentyabr 2026 319 baxış
Rusiya, Çin və Pakistan Haiti ilə bağlı səsvermədə bitərəf qalıb?

Rusiya, Çin və Pakistan Haiti ilə bağlı səsvermədə bitərəf qalıb?

Dünya
30 sentyabr 2026 319 baxış
Belçika Ukraynaya daha üç “F-16” qırıcısı və əlavə maliyyə dəstəyi verəcək

Belçika Ukraynaya daha üç “F-16” qırıcısı və əlavə maliyyə dəstəyi verəcək

Dünya
30 sentyabr 2026 319 baxış
ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır

ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır

Dünya
30 sentyabr 2026 319 baxış
Ekspertiza mərkəzində çalışan azərbaycanlı itkinlərin axtarışında necə iştirak edir? - Baku TV CANLI

Ekspertiza mərkəzində çalışan azərbaycanlı itkinlərin axtarışında necə iştirak edir? - Baku TV CANLI

Dünya
30 sentyabr 2026 319 baxış
Siyasi müstəvidə yeni planlar qurulur | Kreml fərqli ssenarilərə üstünlük verir - Baku TV

Siyasi müstəvidə yeni planlar qurulur | Kreml fərqli ssenarilərə üstünlük verir - Baku TV

Dünya
30 sentyabr 2026 319 baxış
Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV

Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV

Dünya
30 sentyabr 2026 319 baxış
İranın mümkün qərarı beynəlxalq münasibətləri necə dəyişə bilər? - Baku TV

İranın mümkün qərarı beynəlxalq münasibətləri necə dəyişə bilər? - Baku TV

Dünya
30 sentyabr 2026 319 baxış
Qahirədən kritik mesaj | Hücumdan əvvəl Təl-Əvivə hansı məlumat ötürüldü? - Baku TV

Qahirədən kritik mesaj | Hücumdan əvvəl Təl-Əvivə hansı məlumat ötürüldü? - Baku TV

Dünya
30 sentyabr 2026 319 baxış
Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV

Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV

Dünya
30 sentyabr 2026 319 baxış
Seçilmişlər
icon