Seyid İbrahim Rəisinin qəzaya uğrayan helikopteri hələ də axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Bu barədə məlumatı İran mediası da təsdiqləyib.
Bildirilib ki, prezidenti daşıyan helikopter İranın Şərqi Azərbaycan əyalətində yerə sərt eniş edib.
Məlumata görə, qəzanın baş verdiyi əraziyə 16 xilasetmə qrupu göndərilib. Hazırda xilasedicilər helikopterin düşdüyü yeri axtarır.
İran Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, bölgədə müşahidə olunan güclü duman və mürəkkəb relyef axtarış işlərini çətinləşdirir. Buna görə də axtarışlar havada deyil, yerdə, piyada qrupları tərəfindən həyata keçirilir.
Bununla yanaşı, İranın dini lideri Əli Xameneinin kabinetində Təhlükəsizlik Şurasının iclası keçirilib, ölkədə fövqəladə vəziyyət elan olunub.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
