Pleyeri seçin:

Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

24 mart 2026 427 baxış

Ukraynada müharibə yenidən ən gərgin mərhələlərindən birinə daxil olur. Gecə saatlarında Rusiyanın həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları ölkənin bir neçə bölgəsində dağıntılara, yanğınlara və insan itkilərinə səbəb olub.

Rəsmi Kiyev isə xəbərdarlıq edir ki, bu daha böyük zərbələrin başlanğıcı ola bilər.

Martın 24-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilib. Ən ağır zərbələrdən biri Poltava və Zaporojye şəhərlərinə endirilib. Yaşayış binaları, hotel və sənaye obyektləri hədəf alınıb.

Rəsmi məlumatlara görə, hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün saatlarla işləyiblər. Zaporojye şəhərində çoxmərtəbəli binalar alova bürünüb. Poltavada isə raket zərbəsi nəticəsində yaşayış infrastrukturu ciddi zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiyanın buraxdığı 392 pilotsuz aparatın 365-i, 34 raketin isə 25-i məhv edilib. Buna baxmayaraq, hücumların miqyası ölkə üzrə geniş panika yaradıb.

Gecə demək olar ki, bütün Ukraynada hava həyəcanı siqnalları verilib. Hətta Polşa belə hava məkanını qorumaq üçün qırıcılarını havaya qaldırıb.

Ukrayna kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiya cəbhədəki uğurlarını şişirdərək daha böyük hücum planları hazırlayır. Məqsəd isə həm hərbi, həm də psixoloji təzyiqi artırmaqdır.

Bu arada Moskvanın uzaqmənzilli dronlar üçün yeni idarəetmə stansiyaları qurmağa hazırlaşdığı bildirilir. Bu isə hücumların daha koordinasiyalı və dəqiq olacağından xəbər verir.

“Rusiya Ukraynaya qarşı yeni kütləvi hücumlara hazırlaşır və biz bununla bağlı kəşfiyyat məlumatları əldə etmişik. Onlar yalnız cəbhədə deyil, eyni zamanda mülki infrastruktura qarşı da təzyiqi artırmaq niyyətindədirlər. Biz Hava Hücumundan Müdafiə sistemlərimizi gücləndirmişik və bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Lakin bu miqyaslı hücumların qarşısını tam almaq üçün beynəlxalq tərəfdaşların dəstəyi həlledici olaraq qalır. Rusiya bu hücumlarla müharibəni uzatmağa və vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır. Biz isə həm müdafiə olunacaq, həm də cavab verəcəyik”, – Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rəsmi Kiyev bildirir ki, Moskvanın məqsədi Ukraynanı yoraraq təslim etməkdir. Lakin hazırkı vəziyyət göstərir ki, hava hücumları nə qədər intensivləşsə də, Ukrayna müdafiəsini davam etdirir. 

Banner
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 427 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 427 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 427 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 427 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 427 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 427 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 427 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 427 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 427 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 427 baxış
Seçilmişlər
icon