Pleyeri seçin:

Silahların leqallaşdırılmasının əsas səbəbi | Dövlətdə hərbi vəziyyət başa çatdıqdan sonra...

28 fevral 2025 307 baxış

“Biz başa düşürük ki, müharibədən sonra ölkədə kriminal vəziyyət müəyyən müddətə ağırlaşa bilər. Dövlətimizin və cəmiyyətimizin üzləşə biləcəyi əsas problem hərbi vəziyyət başa çatdıqdan sonra vətəndaşlarımızın əlində olacaq odlu silahlardır”.

Bunu Baku TV-nin Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Milli Polisinin Baş Cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Vadim Dzyubinski bildirib.

“Hər bir şəxs işğaldan azad edilmiş ərazidə, işğalçı qüvvələrin silah saxladığı yerlərdə silah tapa bilər və ya bu, ələ keçirilən silah ola bilər. Əlində qeydiyyatsız odlu silah olan şəxs polisə gəlib bu silahı bəyan etməlidir. Göstərə bilər ki, onda silah var, polis isə bu silahı müsadirə etmir. Nəzərə alınır ki, hərbi vəziyyət müddətidir və silah vətəndaşın ixtiyarında qala bilər. Bu, vətəndaş ondan düşmənin hərbi təcavüzü zamanı istifadə etməsi üçün nəzərdə tutulub. Üstəlik, dövlət hərbi vəziyyət başa çatdıqdan sonra insana silahı özündə saxlamaq, leqallaşdırmaq imkanı və hüququ verir. Hərbi əməliyyatlar başa çatdıqdan sonra şəxs polisə gəlir və bu silahı özündə saxlamaq istədiyini bildirir. Etməli olduğu yeganə şey silahın qeydiyyata alınması üçün standart prosedurları yerinə yetirməkdir. Bununla bağlı qanunumuz ötən ilin noyabrında qüvvəyə minib və o vaxtdan indiyədək bizə 3873 nəfər müraciət edib, onlar 4239 ədəd odlu silah və bu silaha dair 1 milyon 157 min ədəd patron bəyan edib. Yəni insanlar qanunsuz silah saxlamağa görə məsuliyyət daşımaq istəmədiklərini başa düşərək, polisə güvənərək gəliblər. Silah bəyan edilmədiyi halda, polis və ya digər hüquq-mühafizə orqanları onları vətəndaşın əlində aşkar edərsə, o, qanunsuz silah saxlamağa görə Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaq. Müqayisə üçün qeyd edək ki, ötən il polis 4738 odlu silahı dövriyyədən çıxarıb”, ‒ o əlavə edib.

Qeyd edək ki, Ukraynada müharibənin ilk günlərində ölkənin müdafiəsi üçün mülki şəxslərə bir milyondan çox silahın paylandığı bildirilirdi.

ABŞ və İran arasında növbəti gərginlik

ABŞ və İran arasında növbəti gərginlik

Dünya
19 sentyabr 2026 307 baxış
Fransada ailələrin maddi çətinlikləri artıb

Fransada ailələrin maddi çətinlikləri artıb

Dünya
19 sentyabr 2026 307 baxış
Boliviyada yeni pişik növü kəşf edildi

Boliviyada yeni pişik növü kəşf edildi

Dünya
19 sentyabr 2026 307 baxış
“Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları

“Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları

Dünya
19 sentyabr 2026 307 baxış
Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb

Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb

Dünya
19 sentyabr 2026 307 baxış
Nəhəng TV və nəşrlərin Ağ Evə girişi qadağan olundu

Nəhəng TV və nəşrlərin Ağ Evə girişi qadağan olundu

Dünya
19 sentyabr 2026 307 baxış
Tramp diqqətçəkən paylaşım edib

Tramp diqqətçəkən paylaşım edib

Dünya
19 sentyabr 2026 307 baxış
Ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmdən çoxdur?

Ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmdən çoxdur?

Dünya
19 sentyabr 2026 307 baxış
Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə günahkar bilinib

Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə günahkar bilinib

Dünya
19 sentyabr 2026 307 baxış
Kral III Çarlzın süni intellekt narahatlığı

Kral III Çarlzın süni intellekt narahatlığı

Dünya
19 sentyabr 2026 307 baxış
Seçilmişlər
icon