Şimali Koreya əsgərləri Kurskdan geri çəkilir? - Kim çətin vəziyyətdə
Yeniliklərdən dərhal xəbərdar olun
“Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk vilayətində cəbhə xəttindən tam şəkildə çıxarılmasından danışmaq hələ tezdir”.
Bunu Şimali Koreya üzrə alman mütəxəssis Frederik Şpor deyib.
“Qoşunların çıxarılması ilə bağlı yekun qərar vermək hələ tezdir. Ancaq bir şey aydındır: Kim Çen In öz ölkəsi daxilində təzyiqlə üzləşməmək üçün çox itkiyə yol verə bilməz”, – o bildirib.
Mütəxəssis vurğulayıb ki, itkilər həddindən artıq olarsa, gələcəkdə Şimali Koreyanın lideri Kim Çen In Rusiyaya yalnız silah verməklə kifayətlənər:
“Lakin problem ondadır ki, heç kim KXDR əhalisinə başqa ölkəyə qoşun yeritmək barədə heç nə deməyib. Şimali Koreyanın dövlət mediası əsgərlərinin Rusiyada müharibədə olması barədə məlumat yaymayıb. İndi rejimin qarşısında çətin bir sual durur: həlak olanlar barədə xalqa və ailələrinə necə izah vermək olar? Ölkə daxilində istənilən qeyri-sabitlik Kim Çen In üçün son dərəcə arzuolunmazdır”.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
