Şimali Koreya müharibəyə qarışdı | Putin və Kim arasında məxfi anlaşma
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya minlərlə hərbçi göndərib. Bu cür dəstəyin müqabilində Moskva Pxenyana müasir hava hücumundan müdafiə sistemi yollayıb.
Bu barədə “Teleqraf” məlumat yayıb.
Qeyd olunur ki, ötən ilin sonunda Koreya Xalq Demokratik Respublikası Rusiyadan ən azı bir “Pantsir” zenit-raket kompleksi alıb.
BMT-yə üzv 11 dövlət tərəfindən yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun hesabatında deyildiyi kimi, ruslar koreyalılara elektron müharibə sistemləri göndərib, o cümlədən digər növ hərbi dəstək də göstəriblər.
Bildirilir ki, bu kimi addımlar ötən il iki ölkə liderlərinin strateji əməkdaşlıq sazişi imzalamasından sonra Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir.
Üstəlik, ruslar koreyalılara raketlərin xüsusiyyətlərini yaxşılaşdırmaqda da yardım ediblər.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
