Pleyeri seçin:

Şimali Koreya nəhəng raketlə bu ölkəni hədəf aldı? - Gərginlik pik həddə

31 oktyabr 2024 487 baxış

Şimali Koreyanın 31 oktyabr gecə saatlarında atdığı ballistik raketin qitələrarası raket olduğu güman edilir.

Bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayılıb.

“Şimali Koreyanın buraxdığı raket dik trayektoriya ilə buraxılmış qitələrarası ballistik raket kimi görünür”, – deyə Komitənin bəyanatında deyilir.

Cənubi Koreya Ordusu həmçinin bildirib ki, buraxılış yerli vaxtla saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib.

Koreya Respublikasının ordu generalı Ahn Chan-Myeongun sözlərinə görə, sözügedən raket buraxılışı BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyası ilə bağlı fəaliyyəti, eləcə də elmi və texnoloji əməkdaşlığı qadağan edən qətnamələri açıq şəkildə pozur:

“Ordumuz Kim Çen In rejiminin qanunsuz və ehtiyatsız təxribatlarını pisləyir və KXDR-i bu hərəkətlərə dərhal son qoymağa çağırır. Koreya yarımadasında və beynəlxalq ictimaiyyətdə sülh və sabitliyin təhdid olunması, o cümlədən zibil balonlarının davamlı olaraq ərazimizdə görünməsi yolverilməzdir.

Hərbçilərimizin dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Şimali Koreya qanunsuz təxribatlarını davam etdirir. Bir daha təkrar edirik ki, baş verənlərə görə Şimali Koreya məsuliyyət daşıyacaq”.

Mövcud durumla bağlı Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü brifinqdə bildirib ki, Şimali Koreya ABŞ-ni vura bilmək üçün ballistik raketləri havaya qaldırıb. Bu sınaq hərbi əməliyyatı olsa da, real hədəflər bəllidir.

“Şimali Koreya oktyabrın 30-dan 31-nə keçən gecə ABŞ-ni vurmaq üçün nəzərdə tutulan yeni uzaqmənzilli raketi sınaqdan keçirib. Şimali Koreya qoşunlarının rusiyalı hərbçilərin geyimində Ukraynaya doğru hərəkət etdiyi və müharibəyə qoşulacağı ehtimal olunur”, – deyə Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Li Son Cun bildirib. 

Banner
Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Dünya
24 oktyabr 2026 487 baxış
Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Dünya
24 oktyabr 2026 487 baxış
Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Dünya
24 oktyabr 2026 487 baxış
Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Dünya
24 oktyabr 2026 487 baxış
ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

Dünya
24 oktyabr 2026 487 baxış
Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Dünya
24 oktyabr 2026 487 baxış
Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Dünya
24 oktyabr 2026 487 baxış
Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Dünya
24 oktyabr 2026 487 baxış
Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Dünya
24 oktyabr 2026 487 baxış
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Dünya
24 oktyabr 2026 487 baxış
Seçilmişlər
icon