Pleyeri seçin:

Şimali Koreya və Yaponiya arasında gərginlik artır

29 may 2023 244 baxış

Yaponiya hökuməti Şimali Koreya hakimiyyətini kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bəyan edib. “Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı böyük təxribat olacaq”, – deyə H.Matsuno qeyd edib.

Yaponiya Müdafiə Nazirliyi isə bildirib ki, Şimali Koreyanın ballistik raketinin və ya onun fraqmentlərinin Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokio onları məhv etmək üçün bütün lazımi tədbirləri görəcək.

Qeyd edək ki, Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir.

Öz növbəsində Yaponiyanın Baş naziri Fumio Kişida vurğulayıb ki, Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır və bu məsələdə irəliləyiş gözləyir. Kişida həmçinin xatırladıb ki, oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələni həll etmək üçün Kim Çen Inla ilkin şərt olmadan şəxsən görüşmək istəyi barədə dəfələrlə danışıb.

KXDR xarici işlər nazirinin müavini Pak San Qil isə qeyd edib ki, Tokio “keçmişi xatırlatmağı” dayandırsa və oğurlanmış yapon vətəndaşları mövzusunun müzakirəsini danışıqlar üçün şərt kimi irəli sürməsə, Pxenyan Tokio ilə sammit keçirməyə hazırdır.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 244 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 244 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 244 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 244 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 244 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 244 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 244 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 244 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 244 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 244 baxış
Seçilmişlər
icon