Şimali Koreyadan ABŞ və Cənubi Koreya barədə qalmaqallı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya iddia edir ki, Cənubi Koreya ABŞ ilə ticarət tariflərinin 15%-ə endirilməsi müqabilində amerikan iqtisadiyyatına “kolonial vergi” ödəyir.
Bu açıqlamanı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Qeyd olunur ki, şərh ABŞ-Cənubi Koreya sammitinin nəticələrinə dair Kyoncu şəhərində oktyabrın 29-da hazırlanmış birgə sənədə əsaslanır.
Agentlik bildirir ki, bu sənəd iki ölkə arasında asılılıq münasibətlərini təsdiqləyir və yalnız ABŞ-nin maraqlarını qoruyur.
“ABŞ Cənubi Koreyanı öz tərəqqisi üçün kolonial iqtisadiyyat səviyyəsinə endirib və tariflərin 15%-ə endirilməsi qarşılığında vergi ödətmək məcburiyyətində qoyub”, – Agentlik yazır.
Həmçinin vurğulanır ki, Seulun Vaşinqtonla hərbi ittifaqı tabeçilik xarakteri daşıyır və Cənubi Koreyanın maraqları tamamilə nəzərə alınmır.
Koreya Mərkəzi Teleqraf Agentliyi həmçinin ABŞ və Cənubi Koreyanın Şimali Koreyanın tam denuklearizasiyasına yönəlmiş səylərini qınayıb və bunun Şimali Koreya konstitusiyasına zidd olan qarşıdurma niyyətini ifadə etdiyini qeyd edib.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
