Şimali Koreyadan İranın yeni liderinə gözlənilməz dəstək | ABŞ və İsrailə sərt reaksiya - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya İranın yeni ali rəhbəri seçilən Müctəba Xameneinin namizədliyini dəstəklədiyini bildirib.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi İran xalqının yeni ali rəhbər kimi Müctəba Xameneini seçmək qərarını dəstəklədiyini bəyan edib.
Bildirilir ki, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı ilk zərbələri zamanı həlak olan atasının İranın ali rəhbəri Əli Xameneinin varisi kimi təyin olunub.
Şimali Koreya tərəfi həmçinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları pisləyib.
Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın yaydığı məlumata görə, Pxenyan bu hücumları qanunsuz adlandırıb və onların qlobal sülhə zərbə vuraraq dünyada sabitsizliyi artırdığını bildirib.
#Müctəba Xamenei teqi istifadə olunub
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- İran tərəfi boğazın qorunması məsələsində qətiyyətli mövqe nümayiş etdirib
- Turist sayı artır, bəs gəlir? | Xameneidən xəbərdarlıq | Sülhün qarşısında maneə - YENİ BİR SƏHƏR
- Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
- Müctəba Xameneinin ölkəni pərdəarxasından idarə etdiyi iddia olunur - Baku TV CANLI
