Pleyeri seçin:

Sinvar bununla bağlı razılıq verdi | Razılaşmaya nələr daxildir?

15 yanvar 2025 390 baxış

Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.

ABŞ mediasının yaydığı məlumata görə, girovların azad edilməsi və Qəzzada atəşkəsin elan olunması mümkündür.

"Dohada girovlarla bağlı danışıqlarda irəliləyiş var. HƏMAS-ın yeni lideri Məhəmməd Sinvar məsələyə razılıq verib", – deyə məlumatda vurğulanıb.

Bütün bunların fonunda İsrail Baş nazirinin ofisi HƏMAS-ın atəşkəsə razılıq vermədiyini açıqlayıb. Lakin hərbi qruplaşma məsələ ilə bağlı müsbət və ya mənfi reaksiya verməyib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar prosesi ABŞ-nin yeni Prezidenti Donald Trampın and içməsinə bir həftə qalmış həlledici məqama çatıb. D.Tramp bundan əvvəl deyib ki, əgər HƏMAS inaqurasiya zamanı girovları azad etməsə, Yaxın Şərqdə cəhənnəm olacaq.

Bu açıqlamanın fonunda İsrail, HƏMAS, Qətər, Misir və ABŞ rəsmiləri atəşkəsin əldə olunması üçün bir neçə gündür ki, Dohada müzakirə aparırlar.

Vasitəçilər yekun razılaşma sənədini artıq tərəflərə təqdim ediblər. Əgər razılıq əldə olunarsa, ilkin mərhələdə yaralı və xəstə olan qadınlar, uşaqlar, 50 yaşdan yuxarı kişilər də daxil olmaqla azı 33 girov azad ediləcək. 42 gün davam edəcək birinci mərhələ boyunca Qəzzada atəşkəs hökm sürəcək.

Bundan əlavə, İsrail Ordusu mübahisəli ərazilər hesab olunan Netzarim dəhlizini və Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən Filadelfi dəhlizini tərk edəcək. İsrail tərəfi yüzlərlə fələstinli məhbusu azad edəcək. Lakin israilliləri qətlə yetirən məhbusların hara buraxılacağı barədə Təl-Əviv açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərbi qruplaşması ilə İsrail arasında başlayan müharibə nəticəsində 46 500 nəfərdən çox fələstinli öldürülüb. Əlavə olaraq, Qəzzada 98-ə yaxın girov saxlanılır. Onların arasında xarici vətəndaşlar da var. İsrail kəşfiyyatı onlardan bəzilərinin sağ olduğunu iddia edir.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 390 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 390 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 390 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 390 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 390 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 390 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 390 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 390 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 390 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 390 baxış
Seçilmişlər
icon