Pleyeri seçin:

Smotriçə xəritə ilə bağlı ünvanlanan sualları belə cavablandırdı: Məqsədi nədir?

11 oktyabr 2024 172 baxış

İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb.

B.Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib.

Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edib.

Rejissor Jerem Seskenin çəkdiyi “İsrail: Xaos nazirləri” adlı sənədli filmdəki çıxışında B.Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Nazirin “mən Yəhudi dövləti istəyirəm” ifadəsinin ardınca aparıcı bunun nə demək olduğunu soruşub. B.Smotriç ona “Yəhudi dövləti. Bu, olduqca mürəkkəbdir. Yəhudi xalqının dəyərlərinə görə idarə olunan dövlət” cavabını verib.

Jurnalist İsrail nazirinə belə bir sual da ünvanlayıb:

“İsrailin suverenliyi dənizdən İordaniyaya qədərdir? Hamısı budur, yoxsa daha sonra İordan çayının o biri tərəfi də fəth ediləcək?”.

B.Smotriç buna “yavaş-yavaş” cavabını verib:

“Müdriklərimizin kitablarına görə, Qüdsün gələcəyi Dəməşqə qədər uzanacaq. Təkcə Yerusəlim Dəməşqə qədərdir”.

“Böyük Yəhudi dövləti” anlayışı yəhudilərin müqəddəs kitablarında qeyd olunan “Vəd edilmiş torpaqlar” inancına, yəni bugünkü Fələstin, Suriya və İordaniya da daxil olmaqla böyük bir coğrafiyada genişlənmək məqsədinə əsaslanır.

Sənədli filmdə Bezalel Smotriç barəsində belə bir ifadə işlədilib:

“O, vəd edilmiş torpaqlar haqqında ifrat fikirlərə varır”.

B.Smotriçin sərhədlərini təsvir etdiyi “Böyük İsrail”in xəritəsi də dərc olunub. Bura İordaniya, Suriya, Livan, İraq, Fələstin və Səudiyyə Ərəbistanı daxildir. Türkiyə xəritədə yer almayıb.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 172 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 172 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 172 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 172 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 172 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 172 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 172 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 172 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 172 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 172 baxış
Seçilmişlər
icon