Son illərin ən böyük arxeoloji kəşfi | Piramidada nələr aşkarlandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Son illərin ən mühüm arxeoloji kəşflərindən biri baş verib.
Beynəlxalq arxeoloqlardan ibarət tədqiqat qrupu Misirdəki məşhur Xeops piramidasında uzunluğu 30 metrə çatan gizli bir boşluq aşkarlayıb.
Bu barədə "Nature" jurnalında xəbər verilib.
Tədqiqat zamanı müasir "müon tomoqrafiyası" texnologiyasından istifadə olunub. Bu üsul kosmik şüalar vasitəsilə piramidanın daxili strukturlarının üçölçülü təsvirlərini yaratmağa imkan verir. Hələlik bu boşluğun hansı məqsədlə inşa edildiyi məlum deyil.
Alimlər ehtimal edirlər ki, bu sahə dini əşyaların saxlandığı anbar, qədim bir rəsədxana və ya piramidanın konstruktiv dayanıqlığını təmin edən mühüm hissə ola bilər.
Bu tapıntı təxminən 4500 il əvvəl inşa edilmiş Xeops piramidasının mühəndislik texnologiyaları barədə yeni biliklər təqdim edə bilər. Arxeoloqlar bu unikal kəşfi daha da dərindən araşdırmağı planlaşdırırlar.
#Misir teqi istifadə olunub
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI
- II Ramzesin heykəlinə aid 1,6 metrlik baş hissəsi aşkarlanıb
- Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb
