Pleyeri seçin:

Son sözü yenə Putin dedi, Tramp da dəstəklədi

29 dekabr 2025 607 baxış

Demək olar ki, Ukrayna Prezidenti Volodimir Zelenski hər dəfə amerikalı həmkarı Donald Trampla görüşəndə Rusiya lideri Vladimir Putin uzaqdan danışıqların gedişinə təsir göstərməyi bacarır.

Oktyabrda da belə olmuşdu. O zaman Zelenski ümid edirdi ki, Tramp Ukraynaya “Tomahawk” raketlərinin satışına razılıq verəcək. Amma bundan bir gün əvvəl Putin Trampa zəng edərək onu bu addımı atmamaq barədə xəbərdar etdi, nəticədə, Zelenski Kiyevə əliboş qayıtdı.

Bu barədə “The Times” yazıb.

Bazar günü Mar-a-Laqoda Zelenski ilə Trampın görüşündən əvvəl Putin tanış manevrə əl atdı: görüşdən bir neçə saat əvvəl özü ABŞ liderinə zəng etdi. Putinin məqsədi aydın idi, Zelenskinin Floridaya gəlişində əsas məqsəd olan atəşkəs razılaşmasına nail olmağın qarşısını almaq istəyirdi.

Zelenski ABŞ-yə güzəştlərə hazır vəziyyətdə gəlmişdi. İlk dəfə olaraq Donbasın Ukrayna Ordusunun nəzarətində olan ərazilərindən güzəştə getməyə hazır olduğunu bildirdi, amma o şərtlə ki, Putin 60 günlük atəşkəslə razılaşsın, bu müddət ərzində Kiyev sülh sazişi ilə bağlı referendum keçirə bilsin.

Putin yenə vəziyyəti öz xeyrinə çevirməyi bacardı. Ukrayna Prezidentinin ağıllı görünməyə başlamaq təhlükəsini hiss edən Kreml sahibi Zelenski Mar-a-Laqoya çatmazdan əvvəl telefon danışığı keçirdi və görünür, bir daha Trampın baxışlarına təsir etməyə nail oldu.

Zəngdən sonra Kremlin yaydığı bəyanatda Trampın Zelenskinin kompromis təklifini rədd etdiyi iddia olundu. Putinin köməkçisi Yuri Uşakov dedi ki, Ukraynaya referendum keçirməyə imkan verən atəşkəs müharibəni uzada bilər.

Görünür ki, Kremlin mövqeyi Trampın baxışlarını əks etdirir, ABŞ Prezidenti, həqiqətən, hesab edir ki, atəşkəs müharibəni uzadacaq.

Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında Tramp Putinin atəşkəs əleyhinə arqumentlərini dəstəklədiyini təsdiqlədi, görünür, o hesab edir ki, Rusiya onsuz da bütün Donbası ələ keçirməyə yaxındır.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 607 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 607 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 607 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 607 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 607 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 607 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 607 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 607 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 607 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 607 baxış
Seçilmişlər
icon