Şoyqudan Ukrayna ilə bağlı sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Krım da daxil olmaqla, Rusiya Federasiyası ərazisinə HIMARS və “Storm Shadow” raketləri ilə zərbələr endirməyi planlaşdırır”. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
O bildirib ki, həmin raketlərin xüsusi hərbi əməliyyat zonasından kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb edilməsi anlamına gəlir və Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə zərbələr endirilməsi ilə nəticələnəcək.
Ş.Şoyqu həmçinin söyləyib ki, Ukrayna qoşunları Zaporojye və Donetsk istiqamətlərində hücum əməliyyatlarını davam etdirirlər. Eyni zamanda Kiyev rejimi NATO mütəxəssisləri tərəfindən hazırlanmış elit birləşmələrdən istifadə edir.
“İyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının mövqelərinə 263 dəfə hücum edib. Bölmələrimizin səriştəli və fədakar hərəkətləri nəticəsində onların hamısı dəf edilib, düşmən qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib”, – deyə Rusiyanın müdafiə naziri əlavə edib.
#Sergey Şoyqu teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- Rusiyanın Ermənistana xəbərdarlıqları nə ilə nəticələnəcək? - Baku TV
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
