Şoyqudan Ukrayna Ordusu ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Silahlı Qüvvələrinin hərbi resursları, demək olar ki, tükənib”.
Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kiyevin silah ehtiyatı praktiki olaraq bitib və Qərb ölkələrinin hərtərəfli yardımına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri nəticə əldə edə bilmir. “Döyüş əməliyyatları göstərir ki, Ukraynanın hərbi imkanları tükənib”, – deyə o əlavə edib.
“ABŞ rəsmi Kiyevi dəstəkləmək şüarı altında dünyadakı tərəfdaşlarının hərbi arsenallarını təmizləyir, lakin həqiqətdə isə bazarı öz hərbi sənaye kompleksinin məhsulları üçün hazırlayır. Yeni silahlar əldə etmək üçün tərəflər suverenliyin məhdudlaşdırılmasına razılıq verməlidirlər”, – deyə müdafiə naziri qeyd edib.
#Sergey Şoyqu teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- Rusiyanın Ermənistana xəbərdarlıqları nə ilə nəticələnəcək? - Baku TV
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
