“SpaceX”in ən böyük raketi altıncı dəfə orbitə buraxılacaq | Uçuş nə vaxt baş tutacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin “SpaceX” şirkəti dünyada ən böyük raketi olan “Super Heavy” raket daşıyıcısı ilə “Starship” gəmisinin altıncı sınaq uçuşuna hazırlaşır. Uçuş noyabrın 18-nə planlaşdırılıb.
Şirkətdən bildirilib ki, “Starship” Yer kürəsi ətrafında bir dövrə etdikdən sonra Avstraliyanın şimal-qərbində – Hind okeanında suya enməlidir.
Qeyd edək ki, “SpaceX” oktyabr ayında “Starship”in beşinci sınaq buraxılışını uğurla həyata keçirib. Şirkət ilk dəfə olaraq raketin birinci pilləsini buraxılış meydançasına qaytarmağı bacarıb. Dördüncü sınaq buraxılışı zamanı “Starship” sınaq buraxılışları tarixində ilk dəfə Yerə qayıdıb. İlk üç buraxılış uğursuzluqla başa çatıb.
Əlavə edək ki, “Starship” missiyası “SpaceX” tərəfindən hazırlanmış “Super Heavy” raket daşıyıcısı və “Starship” kosmik gəmisindən ibarət super ağır, təkrar istifadə edilə bilən, iki mərhələli sistemdir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
