“SSRİ” söhbəti aranı qatdı | Putinin dediklərini Lavrov kəskin şəkildə xatırlatdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında avqustun 15-də baş tutan Alyaska görüşü bir çox məqamlarla yadda qalıb. Onlardan biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşə üzərində SSRİ yazısı olan sviter geyinməsi olub.
Sergey Lavrov "NBC News"a müsahibəsində bu məsələdən danışıb. O bildirib ki, üzərində "SSRİ" yazısı olan sviter geyinməsi Sovet İttifaqını bərpa etmək niyyəti ilə bağlı deyil.
"Biz Sovet İttifaqında doğulmuşuq. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, kim SSRİ-nin dağılmasına görə təəssüflənmirsə, onun ürəyi yoxdur. Amma kim onu bərpa etmək istəyirsə, onun başı yoxdur. Bu, tamamilə doğru ifadədir".
Lavrov qeyd edib ki, insan öz köklərini bilməli, keçmişinə, gəncliyinə, dostlarına, ilk sevgisinə dair xatirələrini qoruyub saxlamalıdır:
"Əgər köklərini xatırlamırsansa, nostalji hisslərin yoxdursa, deməli, sən insanlıq və insani dəyərləri tam anlamırsan".
Nazir həmçinin vurğulayıb ki, Rusiya keçmiş sovet respublikalarının hamısını suveren dövlətlər kimi tanıyır və onlarla bu prinsiplə əlaqə qurur. Lakin Lavrov Ukrayna ilə bu siyasətin çətin tətbiq olunduğunu deyib:
"Çünki orada bütün rus mədəniyyətini fiziki və hüquqi olaraq məhv etməyə başlayıblar".
#Rusiya teqi istifadə olunub
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?
- Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV
