Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın bir çox ölkəsi Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı nə edəcəyini düşünərkən, İtaliyanın Sardiniya adasındakı bir kənd potensial fürsətdən istifadə edib.
İtaliyanın bir çox digər kənd əraziləri kimi, Ollolai onilliklər boyu davam edən sosial-iqtisadi tənəzzüldən sonra yaşayış şərtlərini canlandırmaq naminə maraqlı kampaniyaya start verib.
Burada demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün amerikalılara cəmi 1 dollara ev sahibi olmaq imkanı təklif edilir.
Qeyd edək ki, ABŞ-də keçirilən son prezident seçkilərindən sonra bir çox amerikalının ölkəni tərk edəcəyi ilə bağlı açıqlamaları Ollolai rəsmilərini bu addımı atmağa sövq edib.
Xatırladaq ki, Ollolainin əhalisi keçən əsrdə 2250-dən 1100-ə düşüb, hər il cəmi bir neçə körpə doğulur. İqtisadi çətinliklər üzündən bir çox ailə kəndi tərk edib.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
