Sülhün əldə olunması üçün əsas şərt nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna üzrə razılaşmanın əldə olunmasında Rusiyanın təhlükəsizlik zəmanətləri əsas element olmalıdır və bu olmadan sülh sazişi mümkün deyil”.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Biz Ukraynada sülh yolu ilə nizamlanmanın Ukraynanın təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu qəbul edirik, lakin əsas məsələ, əlbəttə ki, Rusiyanın təhlükəsizlik maraqlarıdır. Avropa İttifaqı liderlərinin bütün bəyanatlarına diqqətlə baxsaq, orada Rusiyanın təhlükəsizlik zəmanətlərindən danışan yoxdur. Halbuki bu, razılaşmanın əldə olunmasının əsas elementidir. Bu olmadan heç bir sülh sazişi mümkün deyil”, – deyə xarici işlər nazirinin müavini qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV
- Polşadakı təlim Ukraynaya göndəriləcək qüvvələrin sınağıdır? - Baku TV
- Zaxarovadan Qərbə Ukrayna ilə bağlı sərt xəbərdarlıq - Baku TV CANLI
- "Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama
- Lavrovdan sensasiyalı sözlər: Moskvanın növbəti hədəfi nədir? - Baku TV CANLI
